Dəyməyin, meymun lap yaxşı bölür

Bir kişi inəkçilikdən xeyli pul qazanmışdı. Hacı olmaq üçün Məkkəyə gedirdi. Dənizin ortasında kişi gəminin göyərtəsində soyunub paltarını dəyişdirirdi.
Sən demə, gəmidə bir meymunoynadan da varmış. Onun meymunu gəzə-gəzə gəlib südçünün yanından keçəndə onun həmyanını (pul kisəsi bərkidilən kəmərini) götürüb gəminin doruna dırmaşır.
Meymun dorun başında dayanıb dişi-dırnağı ilə həmyanı yırtıb qızılları çıxarır və birini gəmiyə, birini dənizə atmağa başlayır. Gəmidə olanlar istəyirlər ki, dora dırmaşıb həmyanı meymundan alsınlar. Südçü mane olub deyir:
– Dəyməyin, meymun lap yaxşı bölür. Pulun yarısı mənim, yarısı da suyundur, çünki ömrüm boyu südə su qatıb satmışam, ona görə də öz cəzamdır, çəkirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting