Molla Nəsrəddin və Paxlava

Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərindən biri ona bir qab paxlava gətirir. Molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir:
– Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən adamın mənlə ədavəti var, içinə zəhər qatmış olar, yeyib zəhərlənərsiniz.
Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanın qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb, paxlavanı yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır, paxlavanı yeməyə başlayır. Uşaqları yeməyə də’vət edir. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər:
– Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Xəlifə deyir:
– Molla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
– Bəs biz mollaya nə cavab verək?
Xəlifə deyir:
– Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar paxlavanı tamam yeyib qurtarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir, qələmini sınmış görub uşaqlardan acıqlı soruşur:
– Bunu kim sındırdı?
Xəlifə ağlaya-ağlaya deyir:
– Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! – deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən ölmədim.
Molla dilxor olur, sonra xəlifəyə deyir:
– Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting