Bir gün mollanın qonşuluğunda toy varmış. Çalıb oxuyur, yeyib-içirmişlər. Bu zaman mollanın arvadının qışqıra-qışqıra qaçdığını görürlər:
– Ay aman, kömək eləyin, molla məni öldürdü!
Molla da əlində bir yekə ağac arvadını qovur:
– Daha bəsdi. Lap boğaza gəlmişəm, otuz ilin acığını səndən alacağam.
Qonşuda olan toy adamları tökülüb arvadı həyətdə gizlədirlər, mollanı da evə aparıb məzəmmət eləyirlər. Ev sahibi gəlib deyir:
– Bu lap yaxşı iş oldu. Biz mollanı toya çağırmamışıq, gərək bizi bağışlasın. Öz ayağı ilə gəldiyi uçün ondan razıyıq.
Ortaya yemək-içmək gəlir, paxlava da qoyulur. Molla bir yandan məzəli-məzəli danışıb məclisi şənləndirir, adamları güldürür, bir yandan da paxlavaları içəri ötürür. Bir qədərdən sonra molla deyir:
– Bizim arvadın baxtı var. Əgər buraya gəlməsəydi, qulağından tutub divara mıxlamışdım.
Danışa-danışa paxlavaları da öz tərəfinə çəkir. Yeyib doyandan sonra sözün duzünu deyir:
– Bizim qonşu toy eləyib bizi çağırmadı. Arvad ilə fikirləşdik, axırda bu oyunu düzəltdik. Mən avradımdan çox razıyam. Onu da çağırın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting